• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

2024-cü ilin aprelindən avtobuslarda yol pulu bank kartı ilə ödənəcək

2024-cü ilin aprelindən avtobuslarda yol pulu  bank kartı ilə ödənəcək
18.12.2023 19:11
2024-cü ilin ilk rübünün sonunda ictiami nəqliyyatda yol pulu bank kartları ilə ödənilə bilər. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. 

"İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində  təkmilləşdirmə işləri aparılır.  Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq. 2024-cü ilin yanvardan bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”, - Hümmətov Rəqəmsal İnkişaf və Nəqliyyatın Mobillik Proqramının təqdimatı zamanı qeyd edib. 

Nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edir ki, nəqliyyatda gediş haqqının bank kartları vasitəsilə ödənilməsi dünyanın bir çox ölkələrində tətbiq edilir.

"Texnoloji olaraq rəqəmsal vasitələrin naviqatorlarda və s. tətbiq etmək lazımdır. Proqram təminatı olmalıdır. Hər şey mükəmməl qurulduqdan sonra heç bir problem yaşanmayacaq. Üstün cəhət ondan ibarətdir ki, artıq əlavə kartlara ehtiyac olmayacaq. Bu gün dünyada belə bir sistem var ki, həmin ödənişlər smartfonlar vasitəsilə edilir. Bizdə də bu tətbiq edilərsə, daha yaxşı olar”, - o əlavə edib.

Bank eksperti Əkrəm Həsənov hesab edir ki, vətəndaşlara bank kartı ilə ödəniş etmək imkanı yaradılarsa daha üzərlərində əlavə avtobus kartı gəzdirməli olmazlar. .

"Vətəndaş üstünlüyü də elə budur ki, onun bir kartı olacaq. Bununla yanaşı vətəndaşın bankla işləməsi bankın da vətəndaşa hansısa xidmətlərin göstərilməsində üstünlüklər verə bilər. Çünki, banklar da öz aralarında rəqabət aparır. Onlar vətəndaşı banklarına cəlb etmək üçün müxtəlif güzəştlər tətbiq edə bilər. Azərbaycan nəqliyyat sahəsi bu sistemə hazırdırsa, bank sistemi də buna hazırdır”,- Həsənov qeyd edib.
 
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Cəmiyyət 23:01
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Cəmiyyət 22:27
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Bakıda sürət qatarı piyadanı vurub
Cəmiyyət 21:55
Bakıda sürət qatarı piyadanı vurub
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Cəmiyyət 20:21
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Bakıda idman meydançasında meyit tapılıb
Cəmiyyət 19:00
Bakıda idman meydançasında meyit tapılıb
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Cəmiyyət 18:00
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Cəmiyyət 15:39
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Cəmiyyət 14:58
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol