• $
  • £

Azərbaycanın elektrik enerjisinin ixracından alınan gəlirləri artıb

Azərbaycanın elektrik enerjisinin ixracından alınan gəlirləri artıb
19.12.2023 13:35
2023-cü ilin yanvar-noyabrında Azərbaycan 3 923 216,05 min kVt-saat elektrik enerjisi ixrac edib, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,7 dəfə çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Hesabat dövründə ixrac edilən elektrik enerjisinin dəyəri 379 300,09 min ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 5,8 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə elektrik enerjisinin ümumi qeyri-neft sektoru üzrə ixracda payı 12,5% təşkil edib.
 
2023-cü ilin 11 ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 26 487,5 mln kVt·st olub. Bu barədə  Energetika Nazirliyinin hesabatında bildirilib.

Cari ilin yanvar -noyabrında elektrik enerjisinin istehsalı keçən ilin yanvar-noyabrına nisbətən İES-lərdə 120,2 mln. kVt·st (0,9 faiz) artaraq 24 525,1 mln. kVt·st, SES-lərdə 103,7 mln. kVt·st (6,8 faiz) artaraq 1636,5 mln. kVt·st təşkil edib. 

Bu ilin 11 ayında  su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin göstəricisini 107 mln. kVt·st və ya 5,8 faiz üstələyir.

2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
 
Ötən ilin hesabatında Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol