• $
  • £

“Azərbaycan Dəmir Yolları” QSC-nin gəliri artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin gəliri  artıb
19.12.2023 15:26
"Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü ilin yanvar-sentyabrında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 332 milyon 479,9 min manat (cari məzənnə ilə  195,6 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 16,1% çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb

Gəlirlərin strukturunda yük daşımalarının xüsusi çəkisi 325 milyon 841,2 min manat (artım 15 faiz), o cümlədən beynəlxalq istiqamətlər üzrə 280 milyon 620,9 min manat (artım 15,7 faiz), daxili istiqamətlər üzrə 45 milyon 220,3 min manat (artım 11,2%) təşkil edib.

Beynəlxalq marşrutlar üzrə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların xüsusi çəkisi 136 milyon 142,3 min manat (artım 15,9%) təşkil edib.

Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan əldə olunan gəlir 6 milyon 638,7 min manat (artım 2,1 dəfə) təşkil edib, bu həcmin hamısı daxili istiqamətlərdə daşınmadan əldə edilib.

2023-cü ilin yanvar-sentyabrında Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 13 milyon 702,8 min ton (artım 0,9 faiz), sərnişin daşınması 4 milyon 915,6 min nəfər (artım 45,5 faiz) təşkil edib.

Hesabat dövründə tranzit yükdaşımaların həcmi 5 milyon 306,5 min ton (azalma 7%) olub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol