Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 33 % artıb

Türkiyə, Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır və 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz 7,2 mlrd. ABŞ dollarını keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur. Bu barədə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir. Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb", - Mikayıl CAbabrov Türkiyə-Azərbaycan investisiya forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iki ölkənin hədəfi ticarət dövriyyəsini 15 milyard dollara çatdıraqdır. Hələlik iki ölkə yalnız bu rəqəmin yarısına çıxa bilid. Amma 3 il öncə bu rəqəm 3 milyard dollar olub.
Nazir həmçinin bildirib ki, əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkında Türkiyə ilə birlikdə dərman vasitələrinin istehsalı zavodunun təməlinin qoyulması da investisiya əməkdaşlığının çoxvektorlu olmasının təzahürüdür.
"Yeni strateji dövrdə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin inkişafı məqsədilə işlər görülür. 2021-2023-cü illər ərzində bu ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 mlrd. ABŞ dolları vəsait ayrılıb", - Cabbarov bildirib.
Türkiyə şirkətləri Qarabağa regionuna 3,4 milyard dollar sərmayə qoyub.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 