Qarabağda kənd həyatı olacaqmı məlumat verən yoxdur - Deputat /VİDEO
Zirzəmilərdə yaşayan şəxslərin nə zaman Xankəndinə köçürülməsi ilə bağlı məlumat verilmir. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
"Prezidentin
iştirakı ilə əlamətdar hadisə baş verdi. Qarabağın qələbəsini dəfələrlə
artırmaq olardı,əgər Xankəndinə 5 ailə qaytarılsaydı...Ermənistan
baş naziri ayda bir dəfə Parlamentə gedir sülh danışıqları barəsində
deputatları məlumatlandırır. Biz baş nazirə əziyyət verməyək. Heç olmasa Xarici İşlər Nazirliyindən bir əməkdaş çağıraq bizi məlumatlandırsın. Bir də öyrənək
ki, zirzəmilərdə yaşayan evləri ermənilər tərəfindən dağıdılan soydaşlarımız Qarabağda
boş qalmış evlərinə nə zaman köçürüləcək. Bizim centlilmenliyimiz nə vaxta qədər
davam edəcək? Başqa səbəb varsa onu da bilək. İnsanlarımız bu barədə məlumat
almaq istəyir. Onu da soruşaq ki, Qarabağda kənd həyatı bərpa olunacaqmı? Heyvan saxlaya biləyəcəklərmi? Torpaq islahatı aparılacaqmı? Ağıllı kənd adı ilə
tikilənlər şəhər tipl qəsəbələrdir", - deputat dekabrın 22-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Deputat vurğulayıb ki, xaricdə oturan ermənipərəstlərin xalqımızı üsyana çağırmasının da artıq bir əhəmiyyəti yoxdur.
Dekabrın 21-də Xankəndində Qarabağla MOİK 8/1 filanda görüşüb. Belə ki, həmin görüşdə Qarabağ 1-0 hesabı ilə qələbə qazanıb.
Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və xanımı canlı izləyib.
Xankəndi sentyabrın 19-da Qarabağda keçirilən antiteror əməliyyatlarından sonra azad olunub.
]
Gülnar Nazimqızı www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər