Bakı-Ağstafa marşrutu üzrə daha 3 qatar reysi təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib.
Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, əlavə qatar reysləri dekabrın 31-də saat 16:00-da və yanvarın 3-də saat 07:50-də Bakıdan Ağstafaya, yanvarın 3-də saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər