• $
  • £

Fransa Azərbaycana cavab olaraq 2 səfiri arzuolunmaz şəxs elan edib

Fransa Azərbaycana cavab olaraq 2 səfiri arzuolunmaz şəxs elan edib
27.12.2023 21:39
Fransada Azərbaycan səfirliyinin 2 diplomatı arzuolunmaz şəxs elan olunub. Bu barədə Fransa səfirliyi məlumat yayıb.

"Fransa Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətindən iki əməkdaşının persona non qrata elan edilməsi ilə bağlı qərarını nəzərə alır. Azərbaycanın bu qərarını əsaslandırdığı iddiaları qətiyyətlə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın iki əməkdaşını elan edib”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Quai d'Orsay-a çağırılıb. Bu qərarla bağlı ona xəbərdarlıq edilib.

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. 

Dekabrın 26-da Milli Məclisin plenar iclasında bir neçə deputat Fransada Natavanın heykəlinin sökülməsinə qarşı çıxaraq bunu Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik adlandırıb. 

 

Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin. 

 

Dekabrın 21-də Azərbaycanda Fransanın cəsus şəbəkəsi ifşa olunub. 

 

Noyabrın 21-də Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq konfransada bildirib ki, Fransa Qafqazda yeni müharibənin başlaması üçün şərait yaradır.
 
Əliyevin sözlərinə görə, Fransa da BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən müxtəlif regionlarda "geosiyasi intriqalar” üçün istifadə edir və Qərb təşkilatlarından Paris digər ölkələrə təzyiq göstərmək üçün istifadə edir.
 
Gülnar Nazimqızı 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol