Laçına 25 ailə köçürülüb
Dekabrın 28-də Laçına 25 ailə olmaqla 80 nəfər köçürülüb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bununla da Laçına köçürülən ailələrin sayı 408 ailə olmaqla 1555-ə çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.
Laçın 1992-ci il Ermənistan Ordusu tərəfindən işğal olunmuşdu.
Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırılıb.
www.anews.az

Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az