• $
  • £

Fransa Ermənistanla Azərbaycan arasındakı münasibətlərə kölgə salır - Əmirbəyov

Fransa Ermənistanla Azərbaycan arasındakı münasibətlərə kölgə salır - Əmirbəyov
29.12.2023 11:28
Fransa Azərbaycan və Ermənistan arasındakı sülh istimqamətində olan prosesləri münasibəti ilə kölgə salır. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. 

"Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu Aİ-yə inamına ciddi zərbə vurub. Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir”, - Əmirbəyov "Lo Monde" nəşrinə müsahibəsində deyib. 
 
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. Bundan sonra Fransa Azərbaycanın Fransadakı səfirini çağıraraq verilən qərarı rədd etməklə Azərbaycan səfirliyinin 2 əməkdaşını non qrata elan edib. 
 
Bir gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov mətbuat üçün keçirdiyi konfrasda Fransa Azərbaycan münasibətlərinə cavab olaraq bildirib ki, Fransa Azərbaycanla bağlı dəyişik mövqe sərgilədiyi təqdirdə Azərbaycanın Fransa ilə münasibətləri barəsində proqnoz vermək olar.
 
Dekabrın 26-da Milli Məclisin plenar iclasında bir neçə deputat Fransada Natavanın heykəlinin sökülməsinə qarşı çıxaraq bunu Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik adlandırıb. 

Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin. 


Dekabrın 21-də Azərbaycanda Fransanın cəsus şəbəkəsi ifşa olunub. 

 
Noyabrın 21-də Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq konfransada bildirib ki, Fransa Qafqazda yeni müharibənin başlaması üçün şərait yaradır.
 
Əliyevin sözlərinə görə, Fransa da BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən müxtəlif regionlarda "geosiyasi intriqalar” üçün istifadə edir və Qərb təşkilatlarından Paris digər ölkələrə təzyiq göstərmək üçün istifadə edir.
 
Gülnar Nazimqızı 

 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol