• $
  • £

“Azəralüminium”un ixracı 21 milyon dollardan çox azalıb

“Azəralüminium”un ixracı 21 milyon dollardan çox azalıb
30.12.2023 12:45
2023-cü ilin on bir ayında "Azəralüminium” MMC 117.6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% və ya 21.4 milyon dollar azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatında bildirilib.
 

2022-ci ilin ilk 11 ayı ərzində "Azəralüminium” 139 milyon dollar dəyərində məhsul ixrac edib.
 
İqtisadiyyat Nazirliyi 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara kimi  artmasını proqnozlaşdırır.
 
Ötən ilin 8 aylıq statistik göstəricilərinə görə, ixracın 96%-dən çoxu ABŞ, Türkiyə, Rusiya, Belarus, Avropa İttifaqı və digər ölkələrin payına düşüb. O cümlədən ABŞ-a ixracın dəyəri 8,8 % artaraq 31 milyon 719 minABŞ dolları olub.
 
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.
 
Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol