• $
  • £

Mərkəzi Seçki Komissiyası müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

Mərkəzi Seçki Komissiyası müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb
05.01.2024 14:50
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

Bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.
Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.

Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan "Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol