• $
  • £

2024-cü il demokratiya ili olacaq - Avropa Komissiyasının sədri

2024-cü il demokratiya ili olacaq - Avropa Komissiyasının sədri
07.01.2024 20:48
2024-cü il demokratiya üçün əsas il olacaq. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Avropada seçkilərimiz var, Amerika Birləşmiş Ştatlarında seçkilərimiz var. Biz açıq, azad demokratiyaların qələbəsini təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik", - sədr bunu Almaniya Xristian Sosial Birliyinin parlament fraksiyasının Bavariyada keçirilən iclasında deyib.


Von der Leyen Avropanı müdafiəyə daha çox diqqət yetirməyə çağırıb.

Avropa Şurasının prezidenti Çarlz Mişel iyunda keçiriləcək Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməyəcək və bu səbəbdən vəzifəsini vaxtından əvvəl tərk edəcək.


Əgər bu baş verərsə və Aİ liderləri Mişelin varisi ilə bağlı tez razılığa gələ bilməsələr, Avropa Şurasına sədrlik müvəqqəti olaraq 2024-cü ilin iyulundan dekabr ayına qədər Aİ Şurasına sədrlik edəcək ölkənin lideri Macarıstanın baş naziri Viktor Orbana keçəcək.


2024-cü il dünyanın 64 ölkəsində prezident və parlament seçkiləri keçiriləcək. 

Artıq 30 ölkədə seçkilərin təşkil olunması təsdiq olunub,qalan ölkələr isə tarixləri hələ təsdiq etməyib. Təsdiq olunan məlumatlara görə, 12 ölkədə parlament və prezident seçkiləri eyni gündə keçiriləcək. 


2024-cü il seçkilər keçiriləcək ölkələr təxminən dünyanın yarısını təşkil edir və 2 milyard insanın iştirak edəcəyi gözlənilir. 

2024-cü il Azərbaycanda da növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol