• $
  • £

Birbank-ın “10 001 hədiyyə” lotereyası yekunlaşdı

Birbank-ın “10 001 hədiyyə” lotereyası yekunlaşdı
30.12.2023 18:33
Ölkənin ilk rəqəmsal bankı Birbank-ın 13 oktyabr – 15 dekabr tarixlərində keçirilən "10 001 hədiyyə” lotereyası yekunlaşdı. 3 tirajdan ibarət lotereyanın final tirajında ümumilikdə 1 583 683 karta məxsus 30 519 156  şans iştirak edirdi. 27 dekabr tarixində canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart qalib oldu. 3 tirajın sonunda 1 ədəd 2 otaqlı təmirli mənzil, 3 ədəd 10 000 AZN pul mükafatı, 3 ədəd 2 000 AZN və 4 ədəd 1 000 AZN dəyərində səyahət paketi, 90 ədəd "Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponu da daxil olmaqla uduş fondunda olan 10 001 hədiyyə öz sahibini tapdı. 

Ötən gün isə lotereyanın final tirajının qaliblərinə hədiyyələr təqdim edildi. Hamının qazanmağı arzuladığı "Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzilin qalibi Sonya xanım həyəcanını tədbir iştirakçıları ilə bölüşdü. "İnanın, mən hələ də şokdayam. Baxmayaraq ki, bu gün Kapital Bank-da bizə hədiyyələrimiz təqdim edilir, amma yenə də inana bilmirəm ki, mənzil udmuşam. Çox sevincliyəm, hər kəs məni təbrik edir. Artıq, ailəm, qohumlar, dostlar məndən mənzildə qonaqlıq sözü alırlar. Mən heç vaxt lotereyaların doğruluğuna inanmamışam, Kapital Bank isə fikirlərimi alt-üst elədi. Mənim ən böyük arzumu reallaşdırdığınız üçün sizə təşəkkür edirəm”. 

Bu dəfə 10 000 AZN  pul mükafatını lotereyada 185 şansla iştirak edən Hacıbaba bəy qazandı. "Maraqlısı odur ki, mənim lotereyada iştirak etdiyimdən belə xəbərim olmayıb. Neçə şansım olduğunu belə bura gələndə əməkdaşlarınız dedilər mənə. İlk dəfə zəng gələndə dedim yəqin yalandır. Çünki ətrafımda bank adı ilə aldadılan adamlar olub. Amma fikir verdim ki, məndən kod, kart nömrəsi, heç nə istəmədilər. Neçə dəfə eşitmişəm ki, şəxsi məlumatlarınızı istəyən adamlara inanmayın. Nə deyim, qalib olmaq gözəl hissdir. Xüsusən də 10 000 manat pul qazanmısınızsa. Mən müştərilərinizə belə gözəl imkanlar yaratdığınız üçün sizə təşəkkür edirəm”. 

Final tirajında 2 000 AZN dəyərində səyahət paketi isə Tərlan bəyin şansına düşüb. "Mən rəqəmsal keçirilən lotereyalara inanıram. Təbii ki, bu şans məsələsidir, amma qazanacağıma inanırdım. Səyahət bayram öncəsi əla hədiyyədir. Mən 15-20 il xarici ölkələrdə yaşamışam, səyahət də etmişəm. Son 3 ildə isə maddi səbəblərdən bu alınmırdı. Mənim üçün yeni bir həyəcan olacaq. Heç vaxt olmadığım bir ölkəyə getməyi planlaşdırıram. Sizə isə bu şansı yenidən mənə verdiyiniz üçün təşəkkür edirəm”.  

Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz: https://kbl.az/bblotqf

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol