• $
  • £

EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır - YENİLƏNİB

EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır - YENİLƏNİB
09.01.2024 19:25
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, müzakirələr EBRD-nin Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Bankın birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda keçirilən görüşdə aparılıb.

"Azərbaycan Bankla əlaqələrin inkişafına önəm verir və EBRD ilə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. EBRD-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, "Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir”, - Mikayıl Cabbarov deyib.

Yurgen Riqterink bildirib ki, ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə edir: "Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri tərəfdaşlığı stimullaşdırdırır. EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır”.

Görüşdə Bankın dəstəyi ilə ölkədə həyata keçirilən layihələr, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlığın perspektivləri və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

18:46

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

"EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans formatında keçirdiyimiz görüşdə Bankın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələri, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə tərəfdaşlığı, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik”, - nazir qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol