• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Universitetlərdə təhsil haqqı və təhsilin keyfiyyəti hansı meyarla tənzimlənir?

Universitetlərdə təhsil haqqı və təhsilin keyfiyyəti hansı meyarla tənzimlənir?
10.01.2024 17:14
2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrində  (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) bakalavriat səviyyələri üzrə 108 min 942, magistratura səviyyələri üzrə isə 15 min 636 tələbə ödənişli əsaslarla təhsil alır. Bu barədə anews.az-ın sorğusuna cavabında Elm və Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin cavabında qeyd olunub.
 

Məlumata görə, bakalavriat səviyyəsi üzrə ödənişli əsasla təhsil alan tələbələrdən 86 min 881-i dövlət, 22 min 61-i tələbə isə özəl ali təhsil müəssisələrində təhsil alır. Həmçinin magistratura səviyyəsi üzrə təhsil alan tələbələrdən 13 min 83-ü dövlət, 2 min 553-ü özəl ali təhsil müəssisələrində təhsil alır.
 
Dövlət və özəl ali təhsil müəssisələrində təhsilin keyfiyyəti və təhsil haqları hansı meyarla müəyyən edilir?

 
Deputat Etibar Əliyev hesab edir ki, indiyə qədər Azərbaycanda təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi prosedurları həyata keçirilməyib.
 
"Azərbaycan universitetləri 2005-ci ildən baloniya bəyannaməsinə qoşulublar. Baloniya bəyannaməsinin əsas şərtlərindən biri təhsilin keyfiyyətinin istər yerli müstəqil akreditasiya büroları, istərsə də xarici akreditasiya tərəfindən qiymətləndirilməsidir. İndiyə qədər Azərbaycanda təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi prosesdurları həyata keçirilməyib. Ona görə də, bu günləri təhsil haqları ilə təhsilin keyfiyyəti arasındaki uyğunluqdan danışmaq çətindir. Universitetlərdə çap olunan dərsliklərin, tərcümə ədəbiyyatlarının, laboratoriyaların vəziyyəti ürək açan deyil, eyni zamanda professor-müəllim heyətinin tərkibini də çox yaxşı bilirik. Universitetlərdə keyfiyyətli təhsil üçün xeyli problemlər var. Birinci növbədə professor-müəllim heyətinin tərkibidir. Yaşlı nəsil artıq keyfiyyətli təhsil vermək iqtidarında deyil. Onlar vaxtilə müdafiə etdikləri dissertasiyaların mövzuları, eyni zamanda hazırkı yeniliklə tanış olmaqda maraqlı olmadıqları üçün birmənalı olaraq keyfiyyətli təhsil prosesini apara bilmir. Dərs proqramları köhnədir. Barmaqla sayılacaq qədər ali təhsil müəssisəsi daim elm sahəsində baş verən yeniliklər, habelə yenilənən paradiqmalar üzərində təhlillər aparıb tələbələrə təqdim edir. Bu müəssisələr gələcək tədqiqatlar,  tələbələrin əmək bazarında iş tapa bilməsi üçün uyğun biliklər verə bilirlər”, - deputat əlavə edib.
 
Əliyevin sözlərinə görə, Bakı Dövlət Universitetində hüquq təhsilinin 4 min 500 manat verilməsi çox yüksək məbləğdir.
 
"Tibb Universitetində də təhsil haqqı 4 500 manatdır, orada yüksək nəticə ilə təhsil alan tələbələr də öz istedadları ilə təhsil arasında olan uçurumu görürlər və təhsillərini davam etdirmək üçün başqa ölkələrə üz tuturlar. Onlar haqlıdır. Öz istedadını gerçəkləşdirmək istənilən şəxsin hüququdur”, - o deyib.  
 
Deputat özəl ali təhsil müəssisələrin rəhbərlərinin qazandığı məbləğin əsas hissəsinin özlərinə xərclədiklərini və universitetlərin gəlir gətirəcək yerlərinin olmadığını vurğulayıb.
 
"Hər bir ali məktəb keyfiyyəti nəzərə almadan təhsil haqqını artırmaq istəyir. Bunun səbəbi isə universitetlərin dolanışıq yerinin tələbələrin köçürdüyü vəsaitlərin olmasıdır. Dövlət universitetlərində tələbə ödənişlərinin 85%-i müəllimlərin əməkhaqqına xərclənir. Onlar istəyirlər ki, müəllimlər yüksək əməkhaqqı alsınlar, İKT ilə bağlı şəraiti yaxşılaşdırsınlar və s. Universitetlərin gəlir gətirəcək yerləri yoxdur. Yalnız gözlərini dövlət hesabına təhsil alan tələbələrə dövlətin köçürdüyü vəsaitə və ödənişli əsasla təhsil alan tələbələrin köçürdüyü vəsaitə dikiblər. 60-70%-ə yaxın tələbə keyfiyyətə fikir vermədən ödənişli əsasla təhsil alırlar”, - Əliyev söyləyib.
 
Onun sözlərinə görə, keyfiyyət üçün professor -müəllim heyəti lazımdır, eyni zamanda universitet kitabxanaları böyüməli, tələbə mobilliyi artırılmalıdır.
 
"Universitetlərin yataqxanaları yoxdur. Həm də universitetlərin kampusları olmalıdır ki, tələbələr dərsdən sonra, asudə vaxtlarında müəyyən məmnunluq qazansınlar. Bu dünyada  belədir. Yəni tələbələr təhsil almaqla yanaşı həmçinin kampusda müxtəlif idman növləri ilə məşğul olur, şahmat oynayır və s. vaxtını keçirirlər. Bizim tələbələr bundan da məhrumdurlar. Bəziləri deyə bilər ki, təhsil haqqın yüksək etməklə təhsilin keyfiyyətini yüksəldirik. Bunun monitorinqin aparmaq çox sadədir. Bunun monitorinqin aparılıb nəticələri cəmiyyətə təqdim edilə bilər”, - deputat bildirib.
 
Əliyev qeyd edib ki, təhsili keyfiyyətsiz hesab edən tələbə və valideynlər məhkəməyə müraciət edə bilər.
 
"İndiyə qədər görübsünüz ki, hər hansı tələbə və valideyin keyfiyyətsiz təhsilə görə məhkəməyə müraciət etsin? Bu maraqlı məsələdir. Çox böyük ehtimaldır ki, tələbə və valideyn də keyfiyyətli təhsilin kriteriyalarının nədən ibarət olduğunu yaxşı bilmir. Bu istiqamətdə də maarifləndirmə işləri aparılmır. Buna görə də, keyfiyyətsiz təhsili bitirən tələbələrin çox hissəsi işsiz qalırlar”, -o vurğulayıb.
 
Təhsil eksperti Elmin Nuri universitetlərin xərc metodu əsasında fəaliyyət göstərdiyini bildirib.
 
"Bir tərəf, yəni universitetlər tələbələr tərəfindən ödənilən təhsil haqqının yetərsizliyini, digər tərəf isə, yəni təhsil alanlar və onların valideynləri təhsil haqqının kifayət qədər yüksək olduğunu vurğulayırlar. Hazırda elə universitet var ki, orada ödəniləcək təhsil haqqının minimal məbləği az qala 3000 manatdan başlayır. Bizim özəl ali təhsil müəssisələri ilə işimiz yoxdur. Özəl təhsil müəssisələri özəl sahibkarlıq obyekti kimi öz maliyyə siyasətlərində azaddırlar. Bu səbəbdən də onlar bizim müzakirə mövzumuz ola bilmir. Dövlət universitetlərinin bir çoxu artıq publik yönümlü şəxs statusundadırlar. Publik hüquqlu şəxsin maliyyələşməsinin 30%-i dövlət büdcəsindən, 70%-i isə özünü maliyyələşmə üsulu ilə aparılır. Təhsil haqlarına problem kimi baxmaqdansa, öncə başqa məsələni müzakirə etmək lazımdır. Əvvəlcə nəyi tapmaq lazımdır? Əsas məsələ universitetlərin xərc metodu üzərində fəaliyyət göstərməsidir. Bu o deməkdir ki, üniversitetdə bütün maliyyələşmə işləri (komunal xərclər, professor-müəllim heyətinin əmək haqlarının ödənilməsi, vergilərin verilməsi, elmi labaratoriyaların, kitabxanaların salınması və s.) tələbələrin verdiyi təhsil haqqı əsasında aparılır. Problem budur. Bu niyə belə olmalıdır? Axı universitet həm də elmi qurumdur. Xaricdə, Avropada elmi qurumlar çox ciddi gəlir əldə etmə xüsusiyyətinə malikdir. Onlar müəyyən istehsalat müəssisələrinə bazar iqtisadiyyatın tələbləri əsasında təkcə elmi yox, həm də iqtisadi əməkdaşlıq etməklə öz gəlir mexanizmi hazırlaya bilirlər. Gəlir mexanizminin hazırlanmasına görə də, iqtisadi siyasət yürüdüb kifayət qədər uğur qazana bilirlər. Bizim universitetlər təkcə tələbələrdən alınan təhsil haqları hesabına fəaliyyət göstərməməlidir. Onlar iqtisadi şəraitində elm necə gəlir gətirməlidir devizi altında fəaliyyət göstərməlidir. Həmçinin bu gün universitetlərimiz yalnız tədris obyekti kimi yox, həm də tədqiqat obyekti kimi fəaliyyət göstərsə, öz istiqamətlərini buna yönəltsə, tədqiqat mexanizmi əsasında gəlir əldə etməsi daha uğurlu ola bilər”, - ekspert əlavə edib.
 
Təhsil Haqqında Qanunun 42-ci maddəsinə görə, keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi üçün təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya XİN - dən azərbaycanlılara qarşı zorakılıqla bağlı- Açıqlama-Yenilənib
Cəmiyyət 19:11
Rusiya XİN - dən azərbaycanlılara qarşı zorakılıqla bağlı- Açıqlama-Yenilənib
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək
Cəmiyyət 19:00
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək
Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb - Yenilənib
Cəmiyyət 18:11
Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb - Yenilənib
Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 17:13
Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var
Anar Ələkbərov FIA Senatına üzv seçildi
Cəmiyyət 15:30
Anar Ələkbərov FIA Senatına üzv seçildi
Masallıda yol qəzası baş verib,ölən və yaralananlar var
Cəmiyyət 14:06
Masallıda yol qəzası baş verib,ölən və yaralananlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:32
Sabahın hava proqnozu
Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - Açıqlama
Cəmiyyət 12:14
Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - Açıqlama
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
Cəmiyyət 10:44
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol