Yanvarda delimitasiya ilə bağlı növbəti görüş keçirləcək - Prezident
Yanvarda delimitasiya məsələsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan arasında yaradılan komissyaların görüşü nəzərdə tutulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
" 8 kəndin azad olunması, delimitasiya məsələləri istiqamətindı danışıqlar davam edəcək. Sülh müqaviləsi isə bu məsələlər də öncə də imzalana bilər. Biz hər zaman sülh imzalamağa hazırıq",- Əliyev yerli televiziyalara açıqlamasında bildirib.
Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sülh sazişi bağlandıqdan sonra həll oluna bilər.
Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri sərhədlərin delimitasiya ilə bağlı görüşüb. Görüşdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri delimitasiya komissiyalarının iclaslarının intensivləşdirilməsi barədə razılığa gəliblər.
Sərhədlərin delimitasiyası komissiyası iclası indiyədək 3 dəfə keçirilib.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər