Azərbaycanda diri qoyunların sayı azalır - İdxalda artım var
2023-cü ilin on bir ayında Azərbaycan xaricdən 24 milyon 211 min ABŞ dolları dəyərində diri qoyun idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Belə ki, idxal olunan diri qoyunların sayı 312 min 933 ədəd təşkil edib. 2022-ci il bu say 167 min 967 ədəd olub.
2023-cü ilin 1 diri qoyunun qiyməti 132 manat, 2022-ci il isə 140 manat olub.
Son 9 ayda istehsal olunmuş iribuynuzlu mal-qara içərisində inək və camış istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% və ya 43 min 930 baş az olub.
2023-cü ilin yanvar-sentyabrında donuz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% və ya 929 baş azalıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər