• $
  • £

Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb
11.01.2024 12:27
2023-cü ildə Azərbaycanda qaz ixracı 2022-ci illə müqayisədə  5,3% artıb. Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov öz tvitter hesabında yazıb.
 
Keçən il Avropaya qaz ixracı 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr,  Gürcüstana isə 2,5 milyardkubmetr təkil edib.
 
Bu dövrdə TANAP boru kəməri ilə  Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql olunub.
 
Azərbaycan hazırda bir sıra Avropa ölkələri ilə qaz tədarükü ilə bağlı danışıqlar aparır. Bunu ölkə prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində bildirib. 

"Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə işləyir və biz onun vasitəsilə əlavə qaz həcmləri ixrac etmək istəyiriksə, genişləndirilməlidir. Burada müəyyən vəsait lazımdır, əlavə nasos stansiyaları quraşdırılmalıdır. Qazımıza ehtiyac (Avropada - red) var”, - Əliyev deyib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan qazını səkkiz ölkə alır, onlardan altısı Avropa ölkəsidir.

"Bu gün səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir və gələcəkdə bu ölkələrin sayı artacaq. Hazırda biz bir neçə Avropa ölkəsi ilə danışıqlar aparırıq və danışıqlar mühüm mərhələdədir", - Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə,  Avropada Azərbaycan qazına ehtiyac var və bu tələbatı ödəmək üçün ölkədə lazımi resurs bazası var.

Eyni zamanda, Əliyev qeyd edib ki, gələcəkdə Azərbaycan yeni qaz infrastrukturu yarada bilər.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol