• $
  • £

Ölkədə külək elektrik stansiyalarından istehsal olunan enerjisinin həcmi açıqlanıb

Ölkədə külək elektrik stansiyalarından istehsal olunan enerjisinin həcmi açıqlanıb
12.01.2024 13:04
2023-cü ildə Azərbaycanda külək elektrik stansiyalarında 56,6 mln. kVt-saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 32,1% azdır. Bu barədə Energetika Nazirliyindən bildirilib.
 
Hesabat dövründə günəş elektrik stansiyalarında 79,4 mln. kVt-saat enerjisi istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 30,4% artım deməkdir.

Məlumata görə, ötən il Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 8,6% çoxdur.
 
2022-ci ildə külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 %-ni təşkil edib.

2023-cü ilin iyulun 3-də "Bakı Enerji Həftəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında "Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi sessiyada Energetika Nazirliyi "Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair, "TotalEnergies” şirkəti ilə 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
 
2023-cü ilin dekabrında respublika üzrə elektrik enerjisinin istehsalı 2 788,7 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt·st,
idxalı isə 11,0 mln. kVt·st təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol