• $
  • £

Azərbaycan iqtisadiyyatında özəl sektorun payı 86,5%-ə çatıb

Azərbaycan iqtisadiyyatında özəl sektorun payı 86,5%-ə çatıb
12.01.2024 13:29
Azərbaycan iqtisadiyyatında özəl sektorun payı 86,5%-ə çatıb. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev cümə günü "Dövlət-sahibkar tərəfdaşlığı: İqtisadi dayanıqlığın əsasları” mövzusunda keçirilən konfransda çıxışında bildirib. 
 
Onun sözlərin görə, bu il  məşğulluqda özəl sektorun payı 78,1% təşkil edir.

Musayevin fikrincə,  son 20 ildə ölkədə aparılan iqtisadi islahatlar sayəsində Azərbaycanda ümumi daxili məhsul 3,6 dəfə artıb.
 
"20 il ərzində adambaşına düşən ÜDM 769 dollardan 7798 dollara yüksəlib. Bu dövrdə qeyri-neft ÜDM-in nominal həcmi 4,1 milyard dollardan 41,1 milyard dollara yüksəlib", - o vurğulayıb.

Musayev əlavə edib ki, 20 il ərzində ölkənin xarici ticarət dövriyyəsi 9,5 dəfə, qeyri-neft ixracı 8,9 dəfə artaraq 3,3 milyard dollara çatıb.

Azərbaycanın xarici borcuna gəlincə, o qeyd edib ki, 2003-cü ildə bu rəqəm ÜDM-in 21,6%-ni təşkil edirdisə, 2022-ci ildə 10%-dən də az olacaq.

Musayev onu da bildirib ki, bu gün Azərbaycanda sahibkarların sayı 759 mini ötüb: "Ümumilikdə ölkədə sahibkarların 99,6 faizi mikro, kiçik və orta bizneslə məşğuldur”.

Musayev əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalara moratorium 2025-ci ilə qədər uzadılıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol