• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Zamin duran şəxsin xəbəri olmadan ikinci dəfə bank kredit verə bilərmi?- AÇIQLAMA

Zamin duran şəxsin xəbəri olmadan ikinci dəfə bank kredit verə bilərmi?- AÇIQLAMA
15.01.2024 15:05
Bakı sakini vətəndaş Nuranə Həsənovanın xəbəri olmadan tanışı onu zamin göstərərək adınat 20 000 manat kredit rəsmiləşdirib.  Bu barədə  anews.az-a Həsənova özü məlumat verib. 
 
Onun sözlərinə görə, işlədiyi yerin müdirinə əvvəl zamin duraraq, 14 000 min kredit götürüb.
 
"İcare müqaviləsi mənim adıma olduğu üçün zamin oldum, pul götürdük. Sonra 6 ay keçdikdən sonra kredit bağlandı ve yenidən 20.000 məbləğindən kredit götürdü. Lakin bu dəfə mən nə banka gedib zamin qaldım nə də, hər hansısa bir sənəd imzaladım. Hazırda öyrənirəm ki, məni 20.000 manata da zamin göstəriblər. Lakin buna mən razılıq verməmişəm. Bankdan bildirirlər ki, zaminlikdən çıxa bilməzsiniz. Buna səbəb isə bir dəfə zamin durmusunuzsa, yeni kreditdə gəlib özünüz etiraz etmelisiniz. Başa sala bilmirəm ki, mənim yeni kreditə zaminlikdən xəbərim olmayıb. Bu nə dərəcədə qanunidir? Bəlkə bu şəxs gəlib 100.000 azn kredit götürəcək gələcəkdə?
 
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov bildirir ki, bu məsələ zaminlik müqaviləsinin şərtlərindən asılıdır.
 
"Həmin şəxs zaminlik müqaviləsini dəqiq oxumalıdır. Müqavilədə nə yazılıbsa, bankda o çərçivədə kredit verir. Əgər orada yazılıbsa, 10 il ərzində kredit götürən şəxs bankdan 100 000 qədər kredit götürə bilər. Bu şərt varsa, o zaman götürə bilər. Orda 10 il yazılıbsa bank təssüf ki, zaminliyi qəbul edəcək.  Buna görə də vətəndaşlar zaminlik müqaviləsinə ciddi yanaşmalıdırlar. Zamin duran şəxs gələcəkdə kredit götürərkən məhdudiyyətlərlə üzləşməmək üçün kredit tarixçəsində gecikmənin olmamasını istəyirsə, bu halda borclunun yerinə həmin pulu ödəyə və daha sonra qanunla müəyyən edilmiş qaydada əsas borcludan tələb edə bilər",- hüquqşünas əlavə edib.
 
Zaminliyin ləğv olunması Mülki Məcəllənin 477-ci maddəsində qeyd olunub.
 
Zaminliyə xitam verilməsi halları zaminin xəbəri olmadan kredit müqaviləsinə dəyişiklik edilən zaminlik öhdəliyinə xitam verilir.  Devalvasiyadan sonra bir sıra kredit müqavilələrinə dəyişikliklərin edildiyini nəzərə alsaq, bu baxımdan zamin duran şəxsin bankda müqaviləyə hər hansı dəyişiklik edilib-edilmədiyini öyrənməsi çox vacibdir.

Qanunvericiliyə əsasən, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir.

Mülki Məcəllədə eyni zamanda göstərilib ki, əgər kreditor (yəni bank) borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zamin olan şəxs zaminliyin ləğv edilməsi barədə iddia qaldıra bilər. Əslində bu zaminliyin ləğvi üçün ciddi hüquqi baza yaratsa, bunun praktikada tətbiqi imkanları xeyli çətindir.
 
Zaminlikdən çıxmanın digər yolu isə bankla danışıqlardır. Əgər borcalan (yəni krediti götürən) zaminin əvəzinə digər zamin gətirərsə və o zamin bankı (və ya digər kredit təşkilatını) qane edərsə, o zaman bankın razılığı ilə zamin dəyişə bilər. Bəzən olurki, borcalan hazırda olan zamindən daha təminatlı zamin təqdim edir (misal üçün daha çox əmək haqqısı olan və ya  daha az borcu olan şəxs) və bank buna razı olur çünki bu bank üçündə əlverişli bir haldır.

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda növbəti il üçün inflyasiya proqnozu bu qədər olacaq
İqtisadiyyat 16:22
Azərbaycanda növbəti il üçün inflyasiya proqnozu bu qədər olacaq

Yelo Bank-dan sizə və ailənizə rahatlıq gətirən kredit həyat sığortası
İqtisadiyyat 14:55
Yelo Bank-dan sizə və ailənizə rahatlıq gətirən kredit həyat sığortası
Azərbaycanda sığorta bazarı 17%-dən çox böyüyüb
İqtisadiyyat 14:41
Azərbaycanda sığorta bazarı 17%-dən çox böyüyüb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:21
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
İqtisadiyyat 17:33
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
Yelo Bank принял участие в Агробизнес-фестивале
İqtisadiyyat 15:50
Yelo Bank принял участие в Агробизнес-фестивале
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
İqtisadiyyat 15:49
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
İqtisadiyyat 15:44
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol