• $
  • £

Anglo Asian Mining qızıl hasilatını 49,5% azaldıb

Anglo Asian Mining qızıl hasilatını 49,5% azaldıb
15.01.2024 19:30
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın Anglo Asian Mining şirkəti (AAM)   2023-cü ildə 31,821 min unsiya qızıl ekvivalenti (GEO) həcmində qiymətli metallar hasil edib ki, bu da 2022-ci illə müqayisədə 44,8% azdır. Bu barədə AAM məlumat verib. 

"2023-cü ildə Azərbaycanda qiymətli metalların hasilatı 30 min unsiya ilə 34 min unsiya arasında dəyişən GEO proqnozu ilə faktiki  31,821 min unsiya GEO təşkil edib. Eyni zamanda, 21,758 min unsiya qızıl (azalma 49,5%),  2,138 min ton mis  (azalma 15%),  53,226 min unsiya  gümüş (azalma 70,8%) hasil edilib. 

Gədəbəy yatağından şirkət dore ərintisindən 20,316 min unsiya qızıl (azalma 49,2%), 9,532 min unsiya  gümüş (azalma 64,6%) əldə edib.

"2023-cü ildə şirkət dünya bazarlarında 15,8 min unsiya qızıl külçəsini (azalma 54,8% ) bir unsiya üçün  orta hesabla 1 min 951 dollar qiymətinə satıb. 2022-ci ildə şirkət qızılın bir unsiyasını orta hesabla 1 783 dollara satmışdı”, - məlumatda vurğulanır.

2023-cü ildə şirkət 12,223 min ton (azalma 8,1%) mis konsentratı istehsal edib, onun 11,192 min tonunu (azalma 10%) 15,793 milyon dollara (azalma 29% ) satıb.

AAM həmçinin bildirib ki, 31 dekabr 2023-cü il tarixinə şirkətin bazar dəyəri 7,1 milyon dollar olan qiymətli metallar, o cümlədən 6,9 milyon dollar dəyərində qızıl və gümüş külçələri, 0,2 milyon dollarlıq mis konsentratı ehtiyatı var.

AAM prezidenti və baş icraçı direktoru Reza Veziri qeyd edib ki, şirkətin 2023-cü ildə üzləşdiyi bir sıra çətinliklərə baxmayaraq  proqnoz daxilində istehsal hədəflərinə nail ola bilib.

"Biz noyabrda fəaliyyətimizi bərpa etmək üçün Azərbaycan hökuməti ilə  protokolu razılaşdırdıq və dekabrda flaqman Gədəbək mədənində hasilat bərpa olundu”, - məlumatda deyilir.

Vəziri əlavə edib ki, 2024-cü ildə şirkət mövcud mədənlərdən hasilatı artırmaqla yanaşı, böyümə strategiyasına uyğun olaraq aktiv portfelinin inkişafına üstünlük verməyə davam edəcək.

"Biz 2024-cü ilin ikinci rübündən başlamalı olan flotasiya üsulu ilə filiz emalının bərpası prosesindəəhəmiyyətli irəliləyiş əldə edə bildik”, - deyə o bildirib.

"Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur. Gədəbəy yatağından ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlayıb. 2013-cü ilin sentyabrında şirkət Qoşa müqavilə sahəsinin işlənməsinə başlayıb.

PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutan müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda AAM Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Anglo Asian Mining plc-nin 2023-2028-ci illər üçün strateji artım planına əsasən, şirkətin Azərbaycanda qiymətli metalların istehsalı 2024-2025-ci illərdə 70-75 min unsiya, 2026-2027-ci illərdə 115-125 min unsiya təşkil edəcək.  Beləliklə, 2023-2028-ci illərdə qiymətli metalların istehsalı 3,2-3,5 dəfə artaraq 175 min unsiyaya çatacaq.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol