Füzuli və Laçın rayonlarında 798 nəfər məşğulluğa cəlb edilib
Hazırda işğaldan azad olunmuş Füzuli və Laçın rayonlarında 798 nəfərin məşğulluğa cəlb edilməsi istiqamətində işlər aparılır. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
"Ötən il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik 600 manat sosial müavinət verilib", - nazir müavini Anar Əliyev yanvarın 16-da keçirilən 2023-cu ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir müavini vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə köçürülən 1138 nəfərin məşğulluğu tam təmin olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər