• $
  • £

Samsungdan sual və təəccüb dolu 2024

Samsungdan sual və təəccüb dolu 2024
17.01.2024 10:00
2024 gələr-gəlməz Samsung texnoloji yenilikləri ilə bazara yeni nəfəs verməyə başlayıb. Görünür, texnonəhəngin dərinliklərində qlobal çağırışlara cavab çoxdan hazırlanır.
 
İnternet və çöl reklamlarında "AI gəlir” deyə ismarış verən Samsung deyəsən smartfon anlayışını yeni mərhələyə çıxarmağa hazırlaşır. Belə olarsa, əvvəlcə telefon, ardınca təkamül edərək smartfon adlandırılan cihaz Samsungun yüngül əli ilə yeni dövrün, yeni anlayışın, yeni yanaşmanın əsasını qoyacaq.
 

 
Süni zəka (AI – artificial intelligence, ingiliscə) yeni flaqman cihaza hansı üstünlüklər verə bilər? Ola bilsin ki, cihaz təhlil tələb edən bir qrup əməliyyatı vahid çətir altında toplasın. Və ya genişləndirilmiş təhlil imkanları ilə istifadəçilərə yeni fürsətlər versin. Ola da bilsin ki, bu yeni texniki fürsətlər rəqəmsal bazarda dəyişikliklərə gətirib çıxarsın.

Yeni yayımlanan kommunikasiyada diqqət çəkən daha bir ünsür çarxın sonuna yaxın görünən dairədir. Maraqlıdır, bu süni zəka ilə bağlıdır, yoxsa yeni kameraya işarədir?
 

 
Ehtimal ki, kameraya aidiyyatı olmadan çarxda obyektivi xatırladan dairə çəkilməzdi. Amma Samsung mobil bazarı bundan əvvəlki flaqmanlarda da kamera keyfiyyəti ilə təəcübləndirə bilmişdi. Ancaq o cihazların ilkin çarxlarında süni zəka yox idi. Burada isə kamera obyektivini xatırladan dairə "AI gəlir” ifadəsinin ətrafında fırlanır. İnanmaq çətin olsa da, ağıla gələn tək ehtimal kameranın süni zəka imkanları ilə zənginləşdirilməsidir. Bu halda bu cür kamera istifadəçiyə hansı üfüqləri açacaq? Həvəskar və peşəkar istifadəçilər nə cür cavab verəcək? Hər halda Samsung kimi texnonəhəng buna da hazır olar.
 
Yazılanlar bir ehtimaldır, daha dəqiq və ətraflı məlumat Samsung tərəfindən rəsmi təqdimatda açıqlanacaq. Hər halda yanvarın 17-nə az qalıb.
 
Galaxy Unpacked 17 Yanvar saat 22:00-da rəsmi YouTube kanalımızda
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol