• $
  • £

2024-cü il Qazaxıstan Azərbaycandan 1,5 milyon ton neft idxal edəcək

2024-cü il Qazaxıstan Azərbaycandan 1,5 milyon ton neft idxal edəcək
16.01.2024 17:31
2024-cü il Qazaxıstan Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırır. Bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayııb. 
 
2024-cü ildə Qazaxıstanda neft və qaz kondensatının hasilatı 90,3 milyon ton səviyyəsində planlaşdırılır. İxrac həcminin 70,8 milyon tona, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə 56,7 milyon tona çatacağı gözlənilir.

Yanvarın 12-də Qazaxıstanın magistral neft kəmərinin milli operatoru "Kaztransoil” 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə neft tədarükünü 5,5 dəfə artıraraq 1,392 milyon tona çatdırdığını bildirib.

2022-ci ildə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Bu tapşırığa uyğun olaraq, Qazaxıstan milli şirkəti "Kazmunaigas” və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan nefti istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlanıb.
 
Ötən il Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 376 min ton təşkil edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 48,9 % çoxdur.


Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol