2023-cü ildə sahibkarlara 52 milyon manat subsidiya ödənilib
2023-cü ildə sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə 52 milyon manat subsidiya ödənilib. Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Osman Xaliyev deyib.
"Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi 2023-cü ildə də davam etdirilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilməsi davam etdirilib", -
sədr 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib.
www.anews.az

Sədrin sözlərinə görə, hesabat dövründə proqram çərçivəsində kredit qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciətə 73,3 milyon manat faiz subsidiyası ödənilib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər