• $
  • £

Azərbaycan 2023-cü ildə qızıl hasilatını azaldıb

Azərbaycan 2023-cü ildə qızıl hasilatını azaldıb
17.01.2024 16:39
2023-cü ildə Azərbaycanda qızıl hasilatı 2614 kq təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Hesabat dövründə gümüş hasilatı 3 min 762,2 kq (azalma 50,5%) təşkil edib.

2023-cü ilin dekabrında qızıl hasilatı 106,1 kq (noyabrda - 376,7 kq), gümüş - 91,1 kq (noyabrda - 372 kq) təşkil edib.

Qazılmış qızıl və gümüş emal üçün təhvil verilmişdir.

Statistik məlumatlara görə, 2024-cü il yanvarın 1-nə istehsal müəssisələrinin anbarlarında 321,2 kq mədən qızıl və 121 kq gümüş olub.

Hazırda Azərbaycanda qiymətli metalların hasilatı ilə dövlətə məxsus "AzerGold” QSC və Böyük Britaniyanın "Anglo Asian Mining PLC” şirkəti məşğul olur.

"AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

21 avqust 1997-ci ildə Anglo Asian Mining PLC ilə PSA tipli müqavilə imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. 2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət üç yeni müqavilə bloku aldı və birini inkişaf etdirmək hüquqlarından imtina etdi. Belə ki, şirkət hazırda Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir. Anglo Asian Mining hazırda Gədəbək və Qoşa müqavilə sahələrindən qiymətli metallar hasil edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol