• $
  • £

Aİ şurasında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirələr aparılıb

Aİ şurasında  Azərbaycan-Ermənistan münasibətləri  ilə bağlı müzakirələr aparılıb
22.01.2024 15:06
Avropa İttifaqının (Aİ) Xarici  İşlər  Şurası yanvarın 22-də Ermənistan-Azərbaycan arasında münasibətlərlə bağlı  müzakirələr keçirib. Bu barədə Avropa İttifaqının yayımladığı məlumatda verilib.  
 
Avropa İttifaqının Xarici İşlər Şurasının toplantısına Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Jozep Borrel sədrlik edib.
 
"Şura qeyri-rəsmi görüşdən sonra Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edib. Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba ilə fikir mübadiləsi aparılıb.  
 Cari işlər çərçivəsində Şura Azərbaycan və Ermənistanı da müzakirə edəcək",  -  press relizdə bildirilib. 
 
2023-cü il fevralın 18-də Münhendə Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə birgə görüşü keçirilib.
 
Mayın 1-i Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 4 günlük görüş keçirilib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb. Danışıqların sonunda  Blinken Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə etdiyini bəyan edib.

Mayın 14-ü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb.  4 saat çəkən görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə edilib

Mayın 24-də Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında növbəti addım olaraq sərhədlərlə bağlı xəritələrin hazırlanmasının vacibliyindən danışıb. Bunun üçün 1975-ci il xəritələrinin əsas götürülməli olduğunu vurğulayan Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr sərhədlər daxilində ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.

Mayın 25-də Moskvada liderlər arasında üçtərəfli görüş keçirilib və Azərbaycan-Ermənistan arasında həllini tapmamış məsələlər müzakirə edilib.

Sentyabrın 28-i erməni separatçıların  rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb və beləliklə   Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib.

 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol