• $
  • £

Azərbaycan 3,4 tondan çox qızıl ixrac edib

Azərbaycan 3,4 tondan çox qızıl ixrac edib
22.01.2024 17:46
2023-cü ilin 11 ayında Azərbaycan dünya bazarlarına 3420,39 kq qızıl ixrac edib ki, bu da 2022-ci ilin 11 ayının göstəricisindən 6,2% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən "İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

İxrac edilən qızılın dəyəri 143 milyon 145,76 min dollar (azalma 8,3%) təşkil edib. .

Hesabat dövründə qızıl ixracının bütün həcmi İsveçrənin payına düşüb.

2022-ci ildə Azərbaycan dünya bazarlarına 185 milyon 249,68 min dollar (azalma 8,5%) dəyərində 5 482,68 kq qızıl (2021-ci illə müqayisədə 9,9% azalma) ixrac edib.

Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Bundan əlavə, qızıl hasilatı Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılmış "AzerGold” QSC tərəfindən həyata keçirilir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol