• $ 1.7
  • € 1.8849
  • ₽ 2.0239
  • ₺ 0.0448
  • £ 2.2267

Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb

Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb
22.01.2024 19:14

Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.
 
Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.

Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk ilə keçirdiyi görüşdə baş tutub.

Görüşdə Azərbaycan-Rusiya dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Xüsusi qeyd edilib ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

İki ölkə arasında çox geniş müqavilə-hüquq bazasının mövcud olduğu bildirilib. Dövlət başçılarının tapşırığına uyğun olaraq hazırlanmış 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə yol xəritələrinin icrasının nəticələri yüksək qiymətləndirilib, bu müsbət təcrübənin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövr ərzində ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və bir çox digər istiqamətlərdə əməli addımlar atılıb.

Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi 2 dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib.

Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 %, o cümlədən tranzit yüklərin həcmi 4 dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 %-dən çox olub.

Görüşdə qarşılıqlı investisiya sahəsində həyata keçirilən uğurlu layihələrin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sənaye sahəsinin müxtəlif istiqamətlərində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın işğaldan azad edilmiş əraziləri də əhatə etdiyi bildirilib.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq bu istiqamətdə geniş imkanların açıldığı diqqətə çatdırılıb. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün birgə səylərin önəmi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan ilə Rusiya arasında enerji, kənd təsərrüfatı, gömrük-sərhəd infrastrukturunun təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdxalı ƏDV-dən azad edilən malların sayı artırılıb
Biznes 20:35
İdxalı ƏDV-dən azad edilən malların sayı artırılıb
Yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib
Biznes 09:00
Yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib
Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb
Biznes 18:19
Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb
TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək
Biznes 16:46
TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək
Minskdə Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib
Biznes 22:20
Minskdə Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib
Tambovlu iş adamları oktyabrda Azərbaycana səfər edəcəklər
Biznes 19:54
Tambovlu iş adamları oktyabrda Azərbaycana səfər edəcəklər
Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb
Biznes 18:07
Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb
В Баку пройдет фестиваль инноваций и технологий iFest
Biznes 18:57
В Баку пройдет фестиваль инноваций и технологий iFest
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 21 %-dən çox artırıb
Biznes 18:30
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 21 %-dən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol