• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ötən il Naxçıvanda istehsal olunan ümumi məhsul istehsalının həcmi açıqlanıb

Ötən il Naxçıvanda istehsal olunan ümumi məhsul istehsalının həcmi açıqlanıb
26.01.2024 12:28
2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. Bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

"2023-cü ildə qeyri-dövlət sektorunun büdcə gəlirlərində payı 55,7 %, vergi daxilolmalarında payı isə 62,4 % təşkil edib. Sahibkarlığın sürətli inkişafında önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. Ötən il Sahibkarlığın İnkişafı Fondu 40 investisiya layihəsinə 6,2 milyon manat güzəştli kredit verib. Bunun 84,8 %-i sənaye, 11,7 %-i kənd təsərrüfatı, 3,5 %-i isə xidmət sektoruna yönəldilib. 2023-cü ildə muxtar respublikanın iqtisadiyyatında kiçik və orta biznesin (KOB) dominantlığı xeyli yüksəlib, qeydiyyatda olan KOB subyektlərinin sayı 26 % artıb",- Abbas İsmayılov əlavə edib.
 
2923-cü ildə Naxçıvanda 593,9 milyon manatlıq sənaye məhsulu, 358,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub, əhaliyə 34,2 milyon manatlıq informasiya və rabitə xidmətləri, 178,2 milyon manatlıq ödənişli xidmətlər göstərilib.
 
Bu il Naxçıvanda aylıq əməkhaqqı 689 manat təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol