Şirvanda 2 nəfər dəm qazından boğulub
Şirvanda yanvarın 26-da iki nəfər dəm qazından boğularaq ölüb.
Hadisənin biri şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Digər hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olmuş, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızıdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.
8
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılırwww.anews.az