Ölkədə 6300-dən çox seçki məntəqəsi var- MSK sədri
Hazırda Azərbaycanda 6300-dən çox seçki məntəqəsi fəaliyyət göstərir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkilərinə görə 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.
"Seçki məntəqələrinə nazrətdə hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. hazırda Azərbaycanda 6300-dən çox seçki məntəqəsi fəaliyyət göstərir. Beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır. Müşahidəçilər ATƏT, MDB və digər beynəlxalq təşkilatları təmsil edir. Biz istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin",- MSK sədri yanvarın 29-da keçirilən tədbirdə jurnalistlərə açıqlamasında söyləyib.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

www.anews.az