Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımaların həcmi artıb
2023-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 5 milyon 425,2 min ton məhsul daşınıb, bu da 2022-ci illə müqayisədə 9 % çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Ötən il avtomobil nəqliyyatı ilə 1 milyard 828,5 milyon ABŞ dolları (əvvəlki illə müqayisədə 3 % çox) dəyərində 2 milyon 27 min ton (6 % çox) yük ixrac edilib, 10 milyard 269 milyon ABŞ dolları (18 % çox) dəyərində 3 milyon 398,2 min ton (10 % çox) yük idxal edilib.
2023-cü ildə Gürcüstanın Azıərbaycana avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb.
Ötən ilin iyulunda Çindən Azərbaycana minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı say ifadəsində iyuna qədər 43% - 642 ədədə qədər, pul ifadəsində - 20% - aydan aya $11,6 milyonadək artıb.
2022-ci ildə Azərbaycana 13000 elektrik maşını gətirilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1183 maşın çoxdur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər