• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Bu il vətəndaşların pensiya kapitalı indeksləşdirilərək artırılmalıdır- Deputat

Bu il vətəndaşların pensiya kapitalı indeksləşdirilərək artırılmalıdır- Deputat
29.01.2024 11:53
Vətəndaşların pensiya kapitalı 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Bunu deputat Vüqar Bayramov  facebook hesabında yazıb.
 
O bildirib ki, "Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, bu il indeksləşdirilərək artırılmalıdır.

"Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq",- deputat vurğulayıb.

Deputat bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub.
 
"Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir", - deputat bildirib.

Deputat əlavə edib ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir.

"Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı proqnozlaşdırılır. Hər iki göstərici ilə bağlı sərəncamın Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”,- deputat vurğulayıb.

2023-cü ildə Azərbaycanda inflyasiya 8,8% təşkil edib.  Bu  barədə  Dövlət Statistika Komitəsi  məlumat yayıb.
 
"2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 faiz təşkil edib",  - Dövlət Statistika Komitəsinin saytında bildirilib. 
 
Komitənin məlumatına görə, 2023-cü ilin dekabrında noyabra nisbətən istehlak qiymətləri 0,5 faiz, əvvəlki ilin dekabrına nisbətən isə 2,1 faiz  artıb. 
 
Keçən ilin dekabrında noyabra nisbətən  ərzağın qiyməti q 1%, xidmətlərin dəyəri isə  0,1% artıb, qeyri ərzaq məhsullarının qiymətində isə dəyişiklik olmayıb 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol