• $
  • £

Ötən il qeyri- neft məhsullarının ixracında 9.8 % artım olub

Ötən il qeyri- neft məhsullarının ixracında 9.8 % artım olub
29.01.2024 12:03
2023-cü ildə 3,348 milyard dollar qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 9.8 % çoxdur. Bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

"2023-cü ildə ixrac edilmiş qeyri-neft məhsullarının 2.213 milyon dolları sənayenin, 878 milyon dolları ilkin kənd təsərrüfatı məhsullarının, 257 milyon dolları kənd təsərrüfatı emalının payına düşüb. Ötən il qeyri-neft məhsulları 110 ölkəyə ixrac edilib.  Azərbaycan məhsulları əsasən Rusiya, Türkiyə, Gürcüstan, Isveçrə, Qazaxıstan, Türkmənistan, Ukrayna, BƏƏ, Qırğızıstan, Rumıniya ixrac edilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracı 82% artıb. Hesabat dövründə "Azərenerji" ASC 402 milyon dollar, ARDNŞ "Marketinq və İqtisadi Əməliyyatlar" idarəsi 374 milyon dollar, "Socar Polymer" MMC  297 milyon dollar, "Azəralüminium" MMC 128 milyon dollar, "Azergold" QSC - 125 milyon dollar, "MKT İstehsalat Kommersiya" MMC - 89 milyon dollar, "Baku Steel Company" QSC 63 milyon dollar, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin AR nümayəndəliyi - 59 milyon dollar, "Best Logistik" MMC 44 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.", -  Abdullayev yanvarın 29-u 2023-cü ilin yekunlarına dair mətbuat konfransında qeyd edib. 

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında "Word Fond Moscov 2023" və "Anqua 2023" sərgilərində 2.6 milyon dollar dəyərində ixrac müqavilələri imzalanıb.  

Abdullayev bildirib ki, sərgilərin effektini 6, 9, 12, 18 ayda görmək olur. 

O qeyd edib ki, hazırda Agentliyin ənənəvi ticarət evləri fəaliyyət göstərir. 

"8 xarici ölkədə 12 ticarət evi var. 2023-cü ildə 2023-cü ildə Pekin və Sian şəhərlərində daha iki Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. 2023-cü ildə TN Aparatının dəstəyi ilə Çinə qida, içki məhsulları və xalçaların ixracı üzrə 2.1 milyon dəyərində 7 müqavilə imzalanıb", - o əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol