• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar Bakıdadır

Türkiyənin sabiq müdafiə naziri  Hulusi Akar Bakıdadır
29.01.2024 14:23
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov bildirir ki, Azərbaycanla Türkiyə qardaşlıq və müttəfiqlik səviyyəsində olan ölkələrdir.
 
"İki ölkənin qardaşlığı həm də müxtəlif münasibətlər kontekstində özünü göstərir. Nəzərə almaq lazımdır ki,  Hulusi Akar müdafiə naziri olduğu dövrdə Azərbaycan Türkiyə müttəfiqliyi ən yüksək zirvəyə çatıb. Hulusi Akarın müdaifə nazirliyi dövründə  Azərbaycan ordusunun  Türkiyə modelinə doğru inteqrasiyası prosesi, türkiyəli zabitlərin ölkəmizə gəlib hərbiçilərimizə təlimlər keçməsi, hərbiçilərimizin Türkiyənin müxtəlif müəssiələrində öz təhsillərini davam etdirməsi prosesi baş tutub. Yəni Azərbaycan Türkiyə liderlərinin  dostluq, qardaşlıq əlaqələri fonunda Azərbaycan Türkiyə hərbi müttəfiqliyi zirvəyə çatıb ki, bu da məhz Hulusi Akarın Türkiyədə müdafiə naziri olduğu dövrdə baş verib",  - İsmaylov bildirib.
 
O həmçinin bu səfərdən sonra Azərbaycanla Türkiyə arasındakı hərbi münasibətlər sisteminin növbəti mərhələyə keçdiyini bildirib. 
 
"Hesab edirəm ki, Hulusi Akar Azərbaycanla Türkiyə arasında hərbi  əməkdaşlıqla bağlı ayrı-ayrı detallar və fraqmentlər üzrə söhbətlər edəcək, bundan sonra prosesin ortaq şəkildə necə davam etdirilməsi ilə bağlı strateji fikir mübadiləsi aparacaq və bir sıra məsələləri müzakirə edəcək. Əlbəttə görüş gözlənilən idi. Bu yaxınlarda Türkiyənin müdafiə naziri Yaşar Gülər də Azərbaycana səfər edib.  Azərbaycan Türkiyə münasibətlərinin bu qədər inkişaf etdiyi dövrdə Türkiyənin indiki və keçmiş nazirlərinin ölkəmizə səfərləri müstəsna əhəmiyyətə malikdir", - ekspert bildirib.
 
Çiçək Sadatova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol