Özəl sektorun SOCAR və Beynəlxalq Bank-ın səhmlərini almaq imkanı olacaq
Azərbaycan hökuməti 8 iri dövlət şirkətinin səhmlərini özəl sektora satmaq üçün təkliflər üzərində işləyir. Bunu İqtisadiyyat Nazirliyinin Əmlak Xİdmətinin rəhbəri Mətin Əynullayev bildirib.
"Keçən il Azərbaycan prezidenti xarici investisiyaların dövlət əmlakının özəlləşdirilməsinə cəlb etdilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən səkkiz müəssisənin özəl sektora açılması nəzərdə tutulub. Bura Azərbaycan dövlət Neft şurkətinin 3 müəssisəsi - "Azərkimya"İB-nin Etilen polietilen zavodu, Metanol və karbamid zavodları, ASCO, Azərbaycan Beynəlxalq Bankı, Aztelekom və s daxildir", - Eynullayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, özəl sektorun cəlbi dövlətin iştirakını azaltmaq hesabına təmin ediləcək.
" Bu özəlləşmənin klassik forması deyil. Burada söhbət dövlətin iştirakını azaltmaqla özəl sektorun cəlbindən gedir. Yəni aktivlərin özəlləşdirilməsindən başqa səhmkərin əmissiyası həyata keçiriləcək. Bu halda dövlət öz əmlakını satmayacaq , amma eyni zamanda səhmlərin emissiyasını həyata keçirərək onu özəl sektor üçün əlmatan edəcək. Bu prosesdə həm xarici, həm də yerli investorlar iştirak edə biləcəklər", - Eynullayev bildirib
O həmçinin qeyd edib ki, təkliflərin hazırlanmasına 9 ay müddət ayrılıb. Yəni təkliflər bu il ərzində hazırlanaraq hökumətə təqdim ediləcək.
N.Təbrizli
www.anews.az