“Tülallar” qızıl yatağında süxurlar ilk dəfə partladılıb
2023-cü il fevralın 11-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "AzerGold" Səhmdar Cəmiyyətin təsis
olunmasının 8-ci ildönümündə "Tülallar” qızıl yatağında süxurların ilk dəfə
partladılması prosesi həyata keçirilib. Bunu AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib.
”AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib. Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə "Tülallar” qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Göygöl rayonunda yerləşən "Tülallar” qızıl yatağı respublikamızın malik olduğu zəngin mineral-xammal potensialını dayanıqlı inkişafa çevirməyi, ölkənin sosial-iqtisadi inkişafına töhfələr verməyi qarşıya məqsəd qoyan "AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır”, - o bildirib.
O həmçinin qeyd edib ki, hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib.
"Hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib. Bu, fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Eyni zamanda ötən il 114.3 min unsiya gümüş hasilatı həyata keçirilib. Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1.7 min unsiya artım (3%) qeydə alınıb”, - İbrahimov bildirib.
www.anews.az

Onun sözlərinə görə, 2024-cü il üçün hasilat
planı isə hesabat ili ilə müqayisədə 9% daha artıq olmaqla 70 min unsiya qızıl, 27% daha artıq olmaqla – 156.8 min unsiya gümüş təşkil edir.
Çiçək Sadatova
www.anews.az