• $
  • £

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür
31.01.2024 09:56
Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.

Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.
Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada "İstiqlal” qəzetini, "Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində "Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır.

İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə” proqramına dəstək verir, "Amerikanın səsi”, "Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti M.Ə.Rəsulzadənin abidəsinin layihələşdirilməsi və ucaldılması barədə qərar qəbul edib. O vaxt qəranın icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyi hətta görkəmli heykəltəraş Ömər Eldarova müraciət edərək heykəlin layihəsinin hazırlanmasını ona həvalə edib. Dana sonra nazirlik Bakı İncəsənət Mərkəzi ilə müqavilə bağlayıb, heykəlin işçi modeli və layihəsi üçün müvafiq məbləğ də ödəyib. Lakin iş elə bu mərhələdəcə yarımçıq qalıb. 1993-cü ildə Rəsulzadəyə qoyulacaq heykəl üçün hətta Rusiyadan baha qiymətə mərmər daşları da alınıb gətirilibmiş. Həmin daşlar bir müddət Ö.Eldarovun emalatxanasında saxlanıldıqdan sonra başqa iş üçün istifadə edilib.

M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.

2013-cü il noyabrın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cübhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət ili" elan edilib.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 09:00
Xəzər dənizində zəlzələ baş verib
Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Cəmiyyət 22:51
Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Bakının bu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 22:14
Bakının bu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Nizami Kino Mərkəzinin divarlarına cızma-qara edilməsinin görüntüləri yayılıb
Cəmiyyət 20:07
Nizami Kino Mərkəzinin divarlarına cızma-qara edilməsinin görüntüləri yayılıb
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub
Cəmiyyət 20:00
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
Cəmiyyət 18:17
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Cəmiyyət 18:06
Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Prezident səfirlik, daimi nümayəndəlik, konsulluq və fəxri konsulla bağlı əsasnamələri təsdiqləyib
Cəmiyyət 16:48
Prezident səfirlik, daimi nümayəndəlik, konsulluq və fəxri konsulla bağlı əsasnamələri təsdiqləyib
AİİB elektron siqaret qadağası ilə bağlı bəyanat yayıb
Cəmiyyət 16:38
AİİB elektron siqaret qadağası ilə bağlı bəyanat yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol