Ötən il 242,9 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib - Vüsal Qasımlı
2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiyasının "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 242,9 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı Direktoru Vüsal qasımlı deyib.
"Bu Azərbaycanın qeyri-neft ixracının ümumilikdə 7-8%ni təşkil edir. İxracı həyata keçirilmiş əsas məhsullar qiymətli metallar, qənnadı, süd məhsulları, polad boru və pambıq mahlıcı olub. İxrac 5 ölkəyə - İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə, İtaliyaya edilib", - 2023-cü ilin yekunlarına dair keçirilmiş mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, mərkəzdə ötən ildən monitorinq və institu formalaşıb və bu proses elektronlaşdırılıb.
"2023-cü ildən monitorinq və qiymətləndirmə prosesində süni intellektin imkanlarından da istifadə edilməyə başlanıb. Artıq monitorinq portalları üzrə informasiyanın daha asan əldə nəticə əldə olunub",- direktor vurğulayıb.
Qasımlı qeyd edib ki, 2023-cü ildə ilk dəfə İİTKM-də Qiymət İzləmə Tətbiqinin (QİT) hazırlanmasına başlanıb.
"Bununla biz qiymətlərin dəyişməsini izləyə bilirik. Bu çərçivədə Nazirlər Kabineti tərəfindən 6 işçi qrup yaradılıb. QİT-in metodologiya və texniki şərti hazırlanıb, aidiyyatı dövlət qurumlarının müvafiq məlumatlarının inteqrasiyası istiqamətində işlərə başlanılıb. QİT sayəsində ölkədə idxak-topdansatış-pərakəndə satış zənciri boyunca məhsulların qiymətindəki dəyişikliklərə elektron nəzarəti həyata keçiriləcək", - o söyləyib.
www.anews.az

Onun sözlərinə görə, gömrükdə 2017-2023-cü illərdə ümumilikdə 82 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb.
Qasımlı 2023-cü ildə gömrükdə 6 monitorinq və qiymətləndirmə hesabatının hazırlandığını vurğulayıb.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox