• $
  • £

İcra başçısı sakinləri qəbul edib

İcra başçısı sakinləri qəbul edib
01.02.2024 14:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün yanvar ayı üzrə növbəti qəbul keçirilib.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup sakini qurumun inzibati binasında qəbul edib.Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin və Mənzil Kommunal Təsərrufatı Birlyinin rəhbərliyi də iştirak edib.
 
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər.
 
Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri dövlət ehtiyacları üçün ərazilərin satın alınması ilə əlaqədar kompensasiya ödənişi, sosial yardım, 20 yanvar əlilləri üçün mənzil növbəsi və iş, kiçik sahibkarlıq fəaliyyəti üçün yer, məhəllədaxili yolların asfaltlanması və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir vəkil üzvlüyündən xaric olunub - Rəsmi
Cəmiyyət 09:48
Bir vəkil üzvlüyündən xaric olunub - Rəsmi
Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 08:48
Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə reyslər təşkil olunub
Cəmiyyət 23:28
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə reyslər təşkil olunub
Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb
Cəmiyyət 22:09
Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb
Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Cəmiyyət 20:56
Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb - Video
Cəmiyyət 20:53
Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb - Video
Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub
Cəmiyyət 19:57
Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub
Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
Cəmiyyət 19:10
Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb
İtaliya diplomatları İrandan təxliyə olunub
Cəmiyyət 18:56
İtaliya diplomatları İrandan təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol