• $
  • £

Azərbaycanda sığortalanmış əkinlərin sahəsi artıb

Azərbaycanda sığortalanmış əkinlərin sahəsi artıb
05.02.2024 12:07
2023-cü ildə ölkədə sığortalanmış əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci ilə nisbətən 43% çoxdurBu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir. 
 
Bildirilir ki, sığortalanmış əkinlərin sahəsi 2022-ci ilə nisbətən 43% artıb.

2023-cü ildə bitkiçilik sahəsindən toplanmış sığorta haqlarının mə.bləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4.2 milyon manat və yaxud 48% üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.

Ötən il aqrar sığorta mexanizmi vasitəsilə 6 500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7 800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3.9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.
 

2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib. Bitkiçilik sahəsindən toplanan sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və ya 48% üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.


 

Ötən il Azərbaycanda ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı əkinləri olub. Ümumilikdə isə əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47 minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır.


 
2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın sığorta ödənişi edilib.

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir.

Çiçək Sadatova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol