• $
  • £

Naxçıvanda yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı 21 % artıb

Naxçıvanda yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı 21 % artıb
08.02.2024 15:54
 2024-cü ilin yanvarında Naxçıvanda 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. 
 
Məlumata görə, qeydiyyata alınmış vergi ödəyicilərinin 95 faizi fiziki, 5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 

Hesabat dövründə kommersiya qurumlarının 44 faizi elektron qaydada, 56 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
 
Yanvarda Naxçıvanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% artararaq 16,5 milyon manat təşkil edib.  
 
2023-cü ilin dekabrında açıqlanan statistika görə, Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19 % çoxalıb.
 
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 29,2 % artaraq 443 nəfər olub.
 
2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. 
 
Ötən il Naxçıvanda orta aylıq əməkhaqqı 689 manat təşkil edib.

 
 Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol