• $
  • £

Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək- GÖZLƏNTİLƏR

Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək- GÖZLƏNTİLƏR
09.02.2024 10:51
Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək. Bu barədə Baş nazir Edi Rama "X” sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyir.
 
Siyasi şərhçi Tural İsmayılov bildirir ki,  Albaniya baş nazirinin Azərbaycana səfərində bir sıra önəmli anlaşmalar əldə ediləcək.
 
"Albaniya hazırda Şərqi Avropanın ən önəmli ölkələrindən biridir. Çünki bu ölkənin çox ciddi və geniş potensialı mövcuddur. Azərbaycan hər zaman Albaniya ilə əlaqələrə önəm verib. İstər Albaniya rəhbərliyi, istər baş nazir, istər Albaniya prezidenti hər zaman Azərbaycana böyük sayğı ilə yanaşıb. Bu baxımdan hesab edirəm ki, bu gün Albaniya və Azərbaycan münasibətlərinin bu qədər inkişaf etməməsinin pik səviyyəyə çatması münasibətlərin inkişafi baxımından çox ciddi şəkildə ortaya qoyur. Eyni zamanda Albaniya otuz il ərzində Azərbaycan torpaqlarının işğalı faktoruna hər zaman qarşı çıxıb. Beynəlxalq təşkilatlarda dürüst səmimi mövqe nümayiş etdirib. Müharibədən sonrakı dövrdə də həm BMT nəzdində həm də bir çox platformalarda Azərbaycanın haqlı zəfərini müdafiə edib. Albaniya heç vaxt Azərbaycanla münasibətlərdə ikili oyunlar oynamayıb. Hər zaman olduğu və göründüyü kimi Azərbaycanın yanında yer alıb. Albaniya baş nazirinin bu kontekstdə Azərbaycana səfər etməsi münasibətlərin daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyətə malikdir. Albaniya baş nazirinin Azərbaycana səfərində bir sıra önəmli anlaşmalar əldə ediləcək",-  Tural ismayılov əlavə edib.
 
Albaniyanın Nazirlər Şurası 2023-cü ilin martında ölkənin xarici işlər nazirinin təklifi əsasında Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar qəbul edib.
 
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. 
 
Albaniya prezidentləri ölkəyə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
 
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol