• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Müşfiqabadda yanğın olub, sakinlər təxliyə olunub

Müşfiqabadda yanğın olub, sakinlər təxliyə olunub
09.02.2024 14:52
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Cəmiyyət 19:52
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
Cəmiyyət 18:39
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Cəmiyyət 17:52
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Taxıl biçini yekunlaşıb
Cəmiyyət 17:42
Taxıl biçini yekunlaşıb
İyulun 6-sı bu yollar bağlı olacaq
Cəmiyyət 17:35
İyulun 6-sı bu yollar bağlı olacaq
Son bir həftədə təbiətə 81 min manatdan çox ziyan vurulub
Cəmiyyət 17:28
Son bir həftədə təbiətə 81 min manatdan çox ziyan vurulub
Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
Cəmiyyət 16:10
Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol