• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı 0,9% azalıb

Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı 0,9% azalıb
12.02.2024 16:40
2023-cü ildə Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı 230 milyon bareli ötüb ki, bu da 2022-ci illə müqayisədə 0,9% azdır,. Bu barədə  terminalın operatoru olan  BP-Azərbaycanşirkəti məlumat verib. 

"2023-cü ildə Səngəçal terminalı vasitəsilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftin, eləcə də "Şahdəniz” yatağından hasil edilən kondensat və təbii qazın daşınması adi qaydada həyata keçirilib. Bu dövr ərzində 230 milyon bareldən çox neft hasil edilib. Terminaldan neft və kondensat, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 229 milyon bareldən çox, Bakı-Supsa boru kəməri ilə isə təxminən 1 milyon barel neft ixrac edilib”, -  şirkət bildirib. 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat və "Şahdəniz" yatağından təqribən 81 milyon kubmetr qaz təşkil edir. Terminalın qazın emalı və ixracı üzrə ümumi gücü (AÇG-dən səmt qazı daxil olmaqla) gündə təxminən 100 milyon kubmetrdir.

Terminaldan qaz əsasən Mərhələ-1 çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, Şahdəniz layihəsinin Mərhələ-2 çərçivəsində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı qurğularını birləşdirən SOCAR qaz kəməri ilə ixrac edilir. q

"2023-cü ildə terminal vasitəsilə "Şahdəniz” yatağından sutkada orta hesabla 71 milyon kubmetr qaz ixrac edilib (artım 4,4%)”, - şirkətdən bildirilib.

Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesinin ən mühüm obyektlərindən biridir. Terminal təqribən 550 hektar ərazini əhatə edir ki, bu da onu dünyanın ən böyük neft və qaz terminallarından birinə çevirir.

Terminal BP-nin Xəzər hövzəsində istismar etdiyi bütün mövcud dəniz yataqlarından neft və qazı qəbul etmək, emal etmək, saxlamaq və ixrac etmək üçün layihələndirilib və genişləndirmə potensialına malikdir.

Terminala neft və qaz emalı zavodları, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, SPC kompressor stansiyası və digər obyektlər daxildir.

Dəniz obyektlərindən səkkiz müxtəlif boru kəməri terminala daxil olur, səkkiz boru kəməri isə terminaldan çıxır. Onlar yüksək keyfiyyətli Azərbaycan neftini və qazını müxtəlif marşrutlarla dünya bazarlarına nəql edirlər. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan üçüncü tərəf neftini qəbul edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:00
Azərbaycan nefti bahalaşıb


Dənizlə daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb
İqtisadiyyat 17:30
Dənizlə daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb
Wholesale flour prices announced in Azerbaijan
İqtisadiyyat 17:30
Wholesale flour prices announced in Azerbaijan

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
İqtisadiyyat 17:12
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda istehlak bazarı 5 % böyüyüb
İqtisadiyyat 17:00
Azərbaycanda istehlak bazarı 5 % böyüyüb
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
İqtisadiyyat 16:22
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
Hava nəqliyyatı ilə yükdaşıma azalıb
İqtisadiyyat 16:05
Hava nəqliyyatı ilə yükdaşıma azalıb
Azərbaycanda yük daşımaları 3 %-ə yaxın artıb
İqtisadiyyat 15:44
Azərbaycanda yük daşımaları 3 %-ə yaxın artıb
Ölkədə qızıl istehsalı artıb
İqtisadiyyat 15:10
Ölkədə qızıl istehsalı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol