• $
  • £

2023-cü ildə BTC ilə neft ixracı 2022-ci il ilə eyni səviyyədə qalıb - BTC Co

2023-cü ildə BTC ilə neft ixracı 2022-ci il ilə eyni səviyyədə qalıb - BTC Co
12.02.2024 17:11
2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilən neft və kondensatın həcmi 30 milyon ton (təxminən 227 milyon barrel) təşkil edib ki, bu da 2022-ci ilin göstəricisinə uyğundur. Bu barədə BTC Ko (operator) mətbuat xidməti məlumat yayıb. 

"2023-cü ildə Ceyhan limanından 313 tanker yola salınıb. Ümumilikdə, BTC neft kəməri istifadəyə verildiyi vaxtdan - 2006-cı il iyunun 4-də və 2023-cü ilin sonuna - 5557 tanker Ceyhan limanından, yəni dəniz yolu ilə daşınıb. BTC bu müddət ərzində dünya bazarlarına 561 milyon ton neft (4,2 milyard barel) çıxarılıb”, -  şirkətdən bildirilib.

BTC Co-nun məlumatına görə, BTC Co-nun 2023-cü ildə BTC layihəsi üçün xərcləri 2022-ci illə müqayisədə 30,7% artaraq 166 milyon ABŞ dollarına bərabər olub. əsaslı xərclər - 46 milyon dollar (artım 70,4%).

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından kondensat vurulur. BTC həmçinin Xəzər regionunun digər ölkələrindən, xüsusən Qazaxıstan və Türkmənistandan neft və kondensatı, həmçinin SOCAR-ın "Azəri-Çıraq-Günəşli” blokundan kənarda hasil etdiyi həcmləri nəql edir.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir ki, bunun da Azərbaycanda - 443 km, Gürcüstanda - 248 km, Türkiyədə isə 1077 km-dir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 milyon barel neftdir.

BTC Co.-nun səhmdarları bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir. 
 
2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol