• $
  • £

2023-cü ildə Azərbaycandan qaz ixracı 7% artıb

2023-cü ildə Azərbaycandan qaz ixracı  7% artıb
12.02.2024 18:13
2023-cü ildə Azərbaycandan qaz ixracı ötən illə müqayisədə 6,9% artıb. Bu barədə SOCAR məlumat verib. 

"2023-cü ildə Azərbaycandan qaz ixracı 2022-ci illə müqayisədə 6,9% artaraq 23 milyard 856 milyon 355,587 min kubmetr təşkil edib”, -  şirkətdən bildirilib.

SOCAR-ın məlumatına görə, 2023-cü ildə Azərbaycanda qaz istehlakının həcmi 13 milyard 439 milyon 700,969 min kubmetr (azalma 0,7%) təşkil edib.

Şirkətdən bildirilib ki, ötən il SOCAR-ın tərkibinə daxil olan Azərbaycan Qaz Emalı Zavodu 3 milyard 506 milyon 843,456 min kubmetr qaz (artım 1,6% -İF-Az) emal edib.

Daha əvvəl məlumat verildiyi kimi, 2023-cü ildə Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8%) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol