• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

TikTokda qeyri-etik ifadələr işlədən məktəblinin atası ilə bağlı tədbir görülüb -DİN

TikTokda qeyri-etik ifadələr işlədən məktəblinin atası ilə bağlı tədbir görülüb -DİN
13.02.2024 15:14
Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Sadiq Mirzəyev barəsində tədbir görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır.
 
"Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”, - Hacıyev qeyd edib.
 
9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Daha əvvəl Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Cəmiyyət 20:35
Hövsanda quyuya düşən şəxs xilas edilib - Video
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:08
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Bakıda restoranda yanğın olub
Cəmiyyət 15:36
Bakıda restoranda yanğın olub
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Cəmiyyət 15:10
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:45
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 13:15
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
Cəmiyyət 12:24
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol